top
Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ
25 sentyabr 2026, 12:26
- ↺ +

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Böyükşor gölündə suyun bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi açıqlanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Bakuplus.az-a bildirilib ki, aparılan müşahidə və laborator araşdırmaların nəticələrinə əsasən, göldə müşahidə olunan yaşıl rəngin əsas səbəbi yosun və sianobakteriyaların intensiv inkişafı nəticəsində yaranan bioloji prosesdir.

Qeyd olunub ki, su temperaturu, intensiv günəş şüalanması, eləcə də su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu fotosintetik orqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır. Nəticədə gölün ayrı-ayrı hissələrində yosun və sianobakteriyalar toplanaraq yaşıl rəngli yığıntılar əmələ gətirə bilər.

Məlumata görə, Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriya tərəfindən göldən nümunələr götürülüb və müvafiq analizlər aparılıb. Araşdırmalar müşahidə olunan yaşıl rəngin bioloji mənşəli olduğunu göstərib.

Xidmətdən həmçinin bildirilib ki, sosial şəbəkələrdə hazırda yayılan görüntülər yeni paylaşılsa da, kadrlarda əks olunan hadisə avqustun 14-də qeydə alınıb və artıq araşdırılıb.

"İctimaiyyətdə çaşqınlıq yaranmaması üçün bildiririk ki, məsələ Xidmət tərəfindən nəzarətdə saxlanılır və zəruri hallarda müvafiq tədbirlər görüləcək", - deyə açıqlamada qeyd olunub.

***
Bakının Böyükşor gölündə suyun bir hissəsinin rənginin kəskin dəyişməsi vətəndaşların narahatlığına səbəb olub.

Bakuplus.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Görüntülərdə gölün müəyyən hissəsində suyun rənginin fərqli olduğu, sahildəki bəzi daşların isə yad rəngə boyandığı əks olunub.

Sakinlərin iddialarına görə, buna səbəb suya hər hansı kimyəvi maddə və ya digər tullantıların qarışması ola bilər. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanlanıb.

Video: @braverauf 

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
Bu gün, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
Bu gün, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:48

Sabah hava necə olacaq?

Xəbər
Bu gün, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Bu gün, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Bu gün, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Oxşar xəbərlər