29 noyabr tarixində Bakıda endirimli psixoloji diaqnostika günü keçiriləcək. Aksiya “5plus Tədris Mərkəzi” tərəfindən Bakı Gənclər Mərkəzində baş tutacaq.
3-45 yaş arası hər kəs üçün nəzərdə tutulmuş diaqnostikanın individual şəkildə keçiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, adi vaxtda uşaqlar üçün 20, böyüklər üçün 30 manata aparılan müayinənin qiyməti 50 faiz endirimlə qəbul olunacaq.
Müayinədə defektoloq-loqoped Fazilə Ağazadə, uşaq psixoloqu Lamiyə Vəkilova və klinik psixoloq qismində Aytəkin Məmmədova pasiyentləri qəbul edəcəklər.
Vaxtın düzgün şəkildə bölünməsi cəhətdən öncədən qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyatdan keçmək üçün +994 50 988 80 62 nömrəsilə əlaqə saxlamaq mümkündür.