13 fevral tarixində Bakıda sevgililər gününə özəl rəsm üzrə master-klas keçiriləcək. Bu haqda BakuPlus.az xəbər verir.
“ART&SARAB”-ın təşkil etdiyi master-klas İçərişəhərdə yerləşən “Museum İnn” restoranında saat 15:00-da baş tutacaq.
Rəsm çəkmək üçün bütün lazımi material və ləvazimatlar təşkilatçılar tərəfindən təqdim olunacaq.
İştirak etmək üçün ödəyəcəyiniz 30 manat məbləğinə menyudan seçəcəyiniz bir içki də daxil olacaq.