Bakıda gənclərin Azərbaycanda ilk ayaqqabı brendinin yaradıcısı ilə görüşü keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 19 mart tarixində xəbər verir.
Suraxanı Gənclər Evində saat 15:00-da baş tutacaq görüşdə İlyas Danilov tədbir zamanı biznesə yanaşmasından, biznesdəki uğurlu yolundan danışacaq, gəncləri maraqlandıran suallar cavablandırılacaq.
Tədbirin sonunda gənclərə iştirakçı sertifikatı veriləcək.