Bakıda gənclər üçün “Liderlik və komanda işi” mövzusunda seminar keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 18 fevral tarixində xəbər verib.
Fevralın 19-u baş tutacaq təlim Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə eyniadlı təşkilatın binasında saat 12:00-da keçiriləcək.
Seminar Təlim və şəxsi inkişaf üzrə mütəxəssis, Çərkəzli Akademiyasının təsisçisi və direktoru Sona Tanrıverdiyevanın təqdimatında keçiriləcək.