Paytaxtın Suraxanı rayonunda qadınlar günü qeyd edilib. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə Şəhid ailələri, rayonun idarə, müəssisə, təşkilatlarının xanım kollektivləri, ziyalılar iştirak ediblər. Dəvət edilmiş bütün qadınlara qiymətli hədiyyələr təqdim edilib, eləcə də rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərman ilə mükafatlandırılıblar.
Həmçinin məclisdə rayon İcra başçısı, YAP-ın Suraxanı rayon təşkilatı, Milli Məclisin deputatları və DTX-nın rayon İdarəsinin rəisi iştirak ediblər.
Tədbirdə müxtəlif musiqilər ifa olunub, rəqs qrupları çıxış ediblər.
[caption id="attachment_36072" align="alignnone" width="1920"]
Foto Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]