Azərbaycanda dələduzluğa görə axtarışda olan şəxslər tutulub.
Bakuplus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.