Paytaxtın Nəsimi rayonundakı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısı asfaltlanıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Azadlıq prospektinin Şəmsi Bədəlbəyli küçəsindən Dilarə Əliyeva küçəsinə qədər olan hissəsində köhnə plitələr sökülərək əvəzinə yeni asfalt örtüyü vurulub. Daha sonra əraziyə müvafiq yol cizgiləri və nişanlanmalar quraşdırılıb.
Hazırda rayon ərazisində yenidənqurma işləri davam edir.
[caption id="attachment_87895" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]