top
500-dən yuxarı bal toplayanlara xüsusi güzəşt - Tələbə yataqxanalarında aylıq ödənişlər açıqlandı
05 sentyabr 2025, 12:32
- ↺ +

500-dən yuxarı bal toplayanlara xüsusi güzəşt - Tələbə yataqxanalarında aylıq ödənişlər açıqlandı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni tədris ilinin başlanması ilə əlaqədar ali məktəblərə qəbul olan tələbələri maraqlandıran vacib məsələ yaşayışla bağlıdır. Minlərlə tələbə xüsusilə bölgələrdən Bakıya oxumağa gələnlər tədris ili ərzində harada qalacaqları ilə bağlı seçim qarşısında qalırlar: ya tələbə yataqxanaları, ya kirayə evlər.

Tələbə yataqxanalarının vəziyyəti, onların say və yerləşmə imkanları, eləcə də şəraiti necədir? Qiymətlər hansı aralıqda dəyişir?

Mövzunun aktuallığını nəzərə alaraq Teleqraf ölkəmizdəki yataqxanaları araşdırıb.

Bakı Ali Neft Məktəbinin (BANM) yataqxanası ödənişsizdir. Təhsil ocağından bildirilib ki, BANM-ın kampusu əsas tədris korpusları, kitabxana kompleksi, kütləvi tədbirlər üçün konqres binası, senat zalı, idarəetmə heyəti binası, kafeteriya, ən müasir tələblərə cavab verən qapalı idman zalları, qapalı üzgüçülük hovuzu, açıq tennis, voleybol, basketbol meydançaları, fitnes mərkəzi, 1000 yerlik stadion və 500 nəfərlik Tələbə evindən ibarət nəhəng kompleksdir.

Yeni yataqxana tikilə bilər

Bakı Dövlət Universitetindən (BDU) yataqxananın aylıq ödənişinin 75 manat olduğu bildirilib.

"BDU-nun Tələbə Evi 220 nəfərlikdir. Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir.

Yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir".

500-dən yuxarı bal toplayanlara xüsusi güzəşt

Sumqayıt Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Elgün Rüstəmlilər universitetin tələbə evində 124 oğlan və 124 qız olmaqla ümumilikdə 248 nəfərlik yerin olduğunu deyib:

"Hazırda aylıq ödəniş hər bir tələbə üçün 50 AZN-dir. 17 çarpayı olmaqla 7 qonaq otağı da tələbələrin istifadəsindədir. Yataqxana tam təmir olunub və tələbələrin rahatlığı üçün müasir şərait yaradılıb. Hər mərtəbədə mətbəx və məişət otaqları fəaliyyət göstərir. Bundan əlavə, tələbələrin istifadəsinə geniş yeməkxana, oxu zalı və çamaşırxana verilib.

Qeyd edək ki, 500-dən yuxarı bal toplayan tələbələrimiz həm 200 AZN xüsusi təqaüd alır, həm də yataqxanada pulsuz qalmaq imkanı əldə edirlər".

Mövcud yataqxanalar təmir olunacaq

Bakı Slavyan Universitetindən (BSU) bildirilib ki, təhsil ocağının nəzdində ümumilikdə 4 yataqxana mövcuddur.

"Hazırda həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıb və onlardan yalnız bir yataqxana qismən ( 2-ci və 4-cü mərtəbələri) BSU tələbələrinin istifadəsindədir. Tələbələr üçün nəzərdə tutulan yataqxananın aylıq ödənişi 50 manat təşkil edir.

Qeyd edək ki, 2026-cı ilə qədər mövcud yataqxanaların əsaslı təmir olunması nəzərdə tutulub".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bakı şəhərində 5 tələbə yataqxanası mövcuddur. Ancaq bu yataqxanaların 4-də məcburi köçkün ailəsi məskunlaşıb. 1 yataqxana isə universitetdə təhsil alan 200-ə qədər qız tələbəyə xidmət göstərir. Yataqxananın aylıq ödənişi bir tələbə üçün 85 manatdır.

Azərbaycan Texniki Universitetindən verilən məlumatda yataqxanada qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qeyd olunub:

"Son illər binalarda 124 ailə yaşayırdı, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək".

Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, oğlan və qızlar üçün 342 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir.

Qiymət 100 manatdır. Yataqxanaları müasir tələblərə cavab verir. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb. Yataqxanalarda əsasən yerli tələbələr yerləşib. Əcnəbi tələbələr arasında da yataqxananın imkanlarından istifadə edənlər var.

Azərbaycan Dillər Universitetinin nəzdində Yasamal rayonunda yerləşən 2 saylı Qızlar yataqxanasında 100-ə yaxın tələbə yaşayır. Aylıq ödəniş 30 manatdır.

Xəzər Universitetindən bildirilib ki, universitetin yataqxanası 100 yerlikdir. 3 mərtəbədən ibarət yataqxanada yeməkxana da daxil olmaqla hər cür şərait var. Qiymət 120-140 manat arasında müəyyən edilib.

Universitetin yataqxanası həm yerli, həm əcnəbi tələbələr üçün nəzərdə tutulub.

Yataqxanada təhlükəsizlik tədbirləri də gücləndirilib. Bina 24/7 video nəzarət altındadır və təhlükəsizlik əməkdaşları xidmət göstərir. Aylıq ödəniş 120–140 manat aralığında müəyyən edilib.

Tələbələrin istifadəsinə soyuducu və digər avadanlıqlarla təchiz olunmuş ümumi mətbəx, çamaşırxana (paltaryuyan, quruducu, ütü), Wi-Fi internet, kompüter və televizorla təchiz edilmiş istirahət otağı da təqdim olunur. Sakit mühitdə dərs otaqları və saxlama yerləri də mövcuddur.

Bakıda yerləşən Qərbi Kaspi Universiteti və Azərbaycan Kooperasiya Universitetinin yataqxanaları yoxdur.

Yataqxana haqqı onun tutumundan asılı olaraq dəyişir

Azərbaycan Tibb Universitetindən isə verilən məlumata görə, hazırda universitetdə 4 yataqxana fəaliyyət göstərir.

"Bir yataqxana isə əsaslı təmirə dayanıb. Yataqxanalarda ümumilikdə 965 nəfərin qalması mümkündür. Bir və iki saylı yataqxanalarda yerli, yəni Azərbaycan vətəndaşı olan qız tələbələr, 6 saylı yataqxanada oğlan tələbələr, 5 saylı yataqxanada isə əcnəbi tələbələr yaşayır.

Tələbələr yerləşdirmə zamanı aylıq ödənişi köçürürlər. Bu sistem 2013-cü ildə adambaşına maliyyələşmə ilə bağlı böyük elmi şuranın qərarı əsasında tətbiq olunub. Yataqxana haqqı onun tutumundan asılı olaraq dəyişir. Şəhid ailələrinin övladları isə yataqxana haqqı ödəmirlər.

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər