Ağ şəhər ərazisində ödənişli parklanma zonaları yaradılıb. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Yeniliklə əlaqədar sözügedən əraziyə xüsusi nişan quraşdırılıb, nişanlanma xətləri çəkilib. Həftənin bazar günləri, eləcə də digər günlər saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. Nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur.
Həmçinin qurum sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edib.
[caption id="attachment_118893" align="alignnone" width="640"]
Foto Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi[/caption]