Sumqayıt-Xırdalan-Bakı qatarındakı insidentlə bağlı qurum açıqlama verib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Azərbaycan Dəmir Yollarından bildirilib ki, bu gün səhər saat 08:15 radələrində 6008 nömrəli elektrik qatarında havalandırma sistemində fasilə yaranıb. Sıxlıqla bağlı isə yaxın zamanlarda açıqlama veriləcək.
Daha öncə adıçəkilən reysdə sərnişinlər sıxlığa görə etiraz edirdilər.