Daha bir aviaşirkət Bakıya reysləri bərpa edir. Bu haqda bu gün, 29 sentyabr Bakuplus.az “AirBaltic”-ə istinadən xəbər verir.
17 may 2023 il tarixindən etibarən Latviyanın aviaşirkəti Riqa şəhərindən Bakıya uçuşlara başlayacaq. Biletlərin qiyməti 120 EUR-dan başlayacaq.
Bundan əlavə, aviaşirkət 2023-cü ilin mart ayından etibarən daha 17 şəhərə uçuşları bərpa edəcəyini bildirib.