AQTA paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir. Bu haqda 11 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 7 obyektdə işçilərin tibbi müayinədən keçməməsi aşkarlanıb. Həmin obyektlər və onların yerləşdiyi ərazilər aşağıdakılardır:
- Nizami rayonu - "Planet" şadlıq evi;
- Nərimanov rayonu - "Food House Restaurant";
- Nərimanov rayonu - "Marxal" restoranı;
- Nərimanov rayonu - "Başkent" restoranı;
- Nərimanov rayonu - "La Terrace" restoranı;
- Yasamal rayonu - "İst-Food" kafesi;
- Yasamal rayonu - "Sushi Azerbaijan" kafesi.
Qeyd olunan obyektlərin sahibləri məsuliyyətə cəlb olunublar və onlara nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.