Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi məntəqələrində yoxlamalar keçirib. Bu haqda 30 sentyabr tarixində Bakuplus.az AQTA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən reyd zamanı Suraxanı rayonunda nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 1 heyvan kəsimi məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, yenidən bərpa olunmuş qurğular sökülüb.