AQTA paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir. Bu haqda 12 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 11 obyektdə işçilərin tibbi müayinədən keçməməsi aşkarlanıb. Həmin obyektlər və onların yerləşdiyi ərazilər aşağıdakılardır:
- Xətai rayonu - "Yağmur" market;
- Xətai rayonu - "Fresh" market;
- Xətai rayonu - "Tuğra" restoranı;
- Xətai rayonu - "Harbi Dönər" restoranı;
- Xəzər rayonu - "Spar" market;
- Xəzər rayonu - "Araz" market;
- Binəqədi rayonu - "Təzə Dana Quzu Əti" dükanı;
- Binəqədi rayonu - "Lavinia" şirniyyat evi;
- Binəqədi rayonu - "Qafqaz" restoranı;
- Səbail rayonu - "The House" kafesi;
- Səbail rayonu - "Burj Khalifa" kafesi.
Qeyd olunan obyekt sahibləri məsuliyyətə cəlb olunublar və onlara nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.