Bakı Şəhər Halqasının direktoru vəzifəsindən azad edilib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az əməliyyat şirkətinə istinadən xəbər verir.
“Formula 1” Azərbaycan Qran-prisini təşkil edən şirkəti 7 ildir idarə edən Arif Rəhimov tutduğu vəzifədən ayrılıb. Onun yerinə Maqsud Fərzullayev təyin olunub.
M.Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor olub. O, həmçinin 2015 Avropa Oyunlarının, 2017 İslam Həmrəyliyi Oyunlarının, eləcə də 2022-ci il "Formula 1" Azərbaycan Qran Prisinin təşkilat komitəsində yer alıb.
Azərbaycan Qran-prisi növbəti dəfə 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək.