top
Avtomobil gətirmək istəyənlər yenə Gürcüstana üz tutacaq
21 noyabr 2025, 10:30
- ↺ +

Avtomobil gətirmək istəyənlər yenə Gürcüstana üz tutacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlumdur ki, uzun illər Gürcüstan ölkəmiz üçün avtomobillərin əsas ixracatçı ölkəsi olub. Lakin həm quru sərhədlərin bağlı olması, həm də elektrik və hibrid avtomobillərin idxalına tətbiq edilən güzəştlər Gürcüstandan avtomobil idxalını xeyli zəiflətdi. Təsadüfi deyil ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan cəmi 6 min 771 ədəd minik avtomobili idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında məlumat verilib. Nəqliyyat vasitələrinin dəyəri 181 milyon ABŞ dollarına bərabərdir.

Ötən ilin eyni dövrünə nisbətdə avtomobillərin sayı 4 min 414 ədəd və yaxud 39,4% azalıb. Hesabat dövründə Gürcüstandan ümumilikdə 2,28 milyard ABŞ dolları dəyərində 92 min 713 ədəd minik avtomobili ixraca yönəldilib. Bunun 7,3%-i Azərbaycanın payına düşüb.

Bəs elektrik və hibrid avtomobillərin idxalına vergi və gömrük rüsumlarına edilən güzəştlərin ləğv edilməsi yenidən bu bazara marağı artıra bilərmi?

Mövzu ilə bağlı bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanın hibrid avtomobillərə verdiyi vergi güzəştlərini ləğv etməsi həmin avtomobillərin qiymətinin artmasına səbəb olacaq:

"Qiymətlər artdıqca Azərbaycana gətirilən hibrid avtomobillərə tələb bir qədər zəifləyə bilər. Bununla paralel Gürcüstanın avtomobil bazarına marağı artıra bilər. Nəzərə alaq ki, Gürcüstan vergi koduna görə, elektrik avtomobillərinin idxalı aksizdən və idxal rüsumundan tam azaddır. Hibrid avtomobillərdə isə (məsələn, 0–6 il istehsal dövrü üçün) aksiz vergisi 60%-ə qədər azaldılıb. Bundan əlavə, Gürcüstanda texniki baxış zamanı elektrik avtomobilləri üçün 20% endirim tətbiq olunur.

Bu güzəştlər birbaşa idxalçıları və alıcıları cəlb edən mühüm motivasiyadır.

Nəzərə alaq ki, elektrik və hibrid avtomobillər ölkəmizə əsasən Çindən idxal edilir. Həmin avtomobillərin çatdırılma müddəti 3 aydan çox çəkir. Ona görə də artıq dilerlər Gürcüstan bazarına meyl edəcək. Çünki yol xərci və vaxt baxımından Gürcüstan daha sərfəlidir. Ona görə də Gürcüstandan avtomobil idxalı yanvar ayından arta bilər".

Son xəbərlər

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Oxşar xəbərlər