Bakıda ilk dəfə keçirilən “RedBull Car Park Drift” çempionatının milli final mərhələsi başa çatıb. Bu haqda BakuPlus.az bu gün, 17 oktyabr tarixində xəbər verir.
Dünyanın ən həyəcanverici drift seriyası olan yarış Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilati dəstəyi ilə baş tutub.
Yarışda milli pilotlarımızdan birinci yerin sahibi Adil Axundov olub. İkinci yeri Pərviz Əzizov, üçüncü yeri isə Rauf Dadaşzadə tutublar.
Adil Axundov Səudiyyə Ərəbistanında keçiriləcək “RedBull Car Park Drift”in dünya finalında Azərbaycanı təmsil edəcək.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/10/whatsapp-video-2022-10-16-at-21.43.29.mp4"][/video]