Türkiyədə müalicə alan Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişib. Bu haqda bu gün, 4 noyabr tarixində Qafqazinfo məlumat verib.
Bir neçə il əvvəl Məmmədovun qaraciyər sirrozu olduğu məlumatı yayılsa də, onun pankreatitdən (mədəaltı vəzinin iltihabı) əziyyət çəkdiyi məlum olub. Eks-nazirin nəşi Türkiyədən Bakıya gətiriləcək. Vida mərasimi paytaxtda keçiriləcək.
Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. Həmçinin o, 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olmuşdur.