Bakıdan Mumbaya birbaşa uçuşlar başlayır. Bu haqda 5 oktyabr tarixində APA məlumat verib.
Belə ki, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək və bu sərnişinlərin Bakıdan Mumbaya və əks istiqamətə beş saata çatmasına imkan verəcək.
Hazırda Mumbay-Bakı reyslərinə ekonom sinif yerləri yanvar ayına kimi aviaşirkətin saytında satılıb. Gediş-gəliş üçün biznes sinif oturacaqlarının qiyməti təxminən 2112 manat təşkil edir.