Bakıda ağacların quruma səbəbi açıqlanıb. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İsrail, Rusiya, Almaniya və Türkiyədən dəvət edilən xarici mütəxəssislərin apardıqları araşdırmaların nəticəsində müəyyən edilib ki, qlobal iqlim dəyişiklikləri səbəbindən xəstəlik yayılıb. Ancaq bu virus immun sistemi güclü olan ağaclara təsir etmir.
Hazırda xəstəliyin qarşısını almaq üçün müxtəlif müalicə üsulları yoxlanılır, ağaclara xüsusi dərmanlar inyeksiya edilir. Müalicəsi mümkün olmayan ağaclar isə utilizasiya edilir.
[caption id="attachment_75463" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]