Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsi tərəfindən keçirdiyi əməliyyat nəticəsində iri balıq torlarının partiyası aşkar edib. Bu haqda bu gün, 11 noyabr tarixində DGK-nın mətbuat xidməti məlumat verib.
Azərbaycan vətəndaşı İsayev Samirin Çindən gətirdiyi 5220 ədəd “üzümçülük və digər məqsədlər üçün istifadə olunan tor” yükünün mülki dövriyyəyə buraxılmayan əşyalar siyahısına daxil olması şübhəli bilinib. Faktla bağlı ekspertiza təyin olunub.
Ekspert rəyinə əsasən, idxal edilmiş torların diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqçılıq toru olduğu müəyyənləşib.
Həmin torlar brakonyerlik balıq ovu üçün istifadə olunur.