Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məxsus gəmi satışa çıxarılır. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Neft məhsullarının, çirkab, döşəməaltı suların və zibillərin qəbulunu təşkil edən “Şəfəq” gəmisi hərraca çıxarılır. Su nəqliyyatının başlanğıc qiyməti 70.000 AZN olacaq.
Hərrac 13 dekabr tarixində baş tutacaq.