Bakı Dəmiryol Vağzalı ilə “28 May” metro stansiyası arasında yerləşən pilləkənlər bağlanır. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Mirəli Qaşqay küçəsinə və əks istiqamətdə vətəndaşların çıxışını təmin edən cüt pilləkən yolu yenidənqurma işləri ilə əlaqədar 24 yanvar tarixindən etibarən bağlı olacaq.
Vətəndaşlardan hərəkət etmək üçün Bakı Dəmiryol Vağzalının zal və keçidlərindən istifadə etmələri xahiş olunur.
[caption id="attachment_88012" align="alignnone" width="640"]
Foto Azərbaycan Dəmir Yolları[/caption]