Bakı Dövlət Universitetinin müəllimi vəfat edib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az təhsil müəssisəsinə istinadən xəbər verir.
Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nərgiz Abasova 60 yaşında dünyasını dəyişib.
Elm xadimi kriminalistika, məhkəmə ekspertizası və əməliyyat axtarış hüququnun əsasları fənlərini tədris edib. O, 12 elmi məqalənin müəllifi, 2 dərsliyin, 6 dərs vəsaitinin və 3 proqramın həmmüəllifi olub.