Bakıda yaş həddinə görə 16 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib. Bu haqda 7 oktyabr tarixində Report məlumat verib.
Bakıda 16 məktəbin direktoru təqaüd yaşına çatdığına görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Həmin direktorlar 101, 121, 135, 144, 204, 246, 261, 264, 269, 222, 242, 282, 290, 297, 315, 112 nömrəli tam orta məktəblərdə çalışıblar.