Hazırda Bakı sərnişin avtobuslarının 55 faizində, yəni 1600-ə yaxın nəliyyat vasitəsində nağdsız ödəniş sistemindən istifadə olunur. Bu barədə Report Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmi nümayəndəsi Mais Ağayevə istinadən məlumat verib.
Cari il ödənişi “Bakıkart”la qəbul edilən 578 avtobus yeni sistemə keçib.
Hazırda ictimai nəqliyyatda hər gün 800.000-ə yaxın sərnişin nağdsız ödənişdən istifadə edir və marşrut şəbəkəsində ümumi trafikin 49%-i şəffaflaşdırılıb.