Paytaxtda qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib. Bu haqda 14 sentyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Yoxlama zamanı Nəsimi, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı rayonlarında yerləşən ümumilikdə 21 məntəqədə qanun pozuntuları aşkarlanıb. Həmin obyektlərin sahibləri məsuliyyətə cəlb olunublar. Məntəqələrdə quraşdırılan dəmir konstruksiyalar sökülüb.
Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin aşkarlanması istiqamətində tədbirlər davam etdiriləcək.