Paytaxt ərazisində Anım Günü qeyd ediləcək. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bununla əlaqədar, mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, dini məbədlərdə: məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunacaq.
27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu əks-hücum əməliyyatı başlamışdır. 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatmışdır.