Bakıda 5-ci Şərq Tərəfdaşlığının E-infrastrukturlar Konfransı – “EaPEC 2022” öz işinə başlayıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Report məlumat verib.
Tədbirdə yüksək vəzifəli şəxslər, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarının rəhbərləri, 50-yə yaxın ölkəni, beynəlxalq təşkilatları və xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak edirlər.
Konfransın əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığı genişləndirmək və Avropa birliyinə inteqrasiyanı sürətləndirməkdir.
[caption id="attachment_71804" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]