Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) marketlərdə və iaşə obyektlərində yoxlamalar keçirib. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az AQTA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən reyd zamanı Binəqədi, Suraxanı, Səbail və Xətai rayonlarında 10 məntəqədə qanun pozuntuları aşkarlanıb.
Belə ki, 7 marketdə çalışan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi səbəbindən müəssisə sahiblərinə qarşı protokol tərtib olunub. Həmçinin oxşar nöqsanlara görə “Həzz Kulinariya”, “Çempionlar” ailəvi restoranı və “Meating Point” kafesi cərimələnib.