Bakıda bu il baş verən qəzaların sayı açıqlanıb. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərliyə istinadən xəbər verir.
Ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 143 nəfər ölüb, 264 nəfər isə xəsarət alıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə avtoqəzaların sayı 17, ölümlərin sayı 2, yaralı sayı isə 20 miqdarında azalıb.