Ötən gün qətl törədətməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş 51 yaşlı Araz Həsənovu öldürərək qaçan 60 yaşlı Səyavuş Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxs barəsində cinayət işi açılıb. Araşdırmalar davam edir.
Ötən gün paytaxtın Nəsimi rayonunda qətl hadisəsi baş vermişdir.