Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda fəaliyyət göstərən şadlıq sarayını cərimələyib. Bu haqda 28 oktyabr tarixində Report xəbər verib.
Nizami rayonunda fəaliyyət göstərən "Sərin” şadlıq sarayında Agentliyinin əməkdaşları reyd keçirdiyi zaman nöqsanlar aşkar olunub. Sarayda xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi üzə çıxıb.
Müəssisənin rəhbərliyi cərimələnib.