Bakıda şadlıq saraylarında menyuların qiyməti artıb. Bu haqda 7 noyabr tarixində Trend məlumat verib.
İqtisadi və Sosial İnkişaf Mərkəzi şadlıq saraylarında monitorinqlər keçirib. Monitorinqlərə əsasən, oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 43.0 faiz artıb.
Yeni mövsüm üçün təklif edilən menyular oktyabr ayında əvvəlki aya nisbətən 8 faiz artıb. 40 manatadək olan menyuların qiyməti 12 faiz artıb.