Bakıda Avropa Dilləri Günü qeyd olunacaq. Bu haqda 24 sentyabr tarixində Report məlumat verib.
Sentyabrın 26-da Bakıda Avropa Dilləri Gününə həsr olunmuş tədbirlər keçiriləcək. Tədbirlər zamanı Avropanın müxtəlif dillərində şeir və hekayələrin oxunuşları və onların Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulub.
Tədbir Avropa İttifaqı Ölkələrinin Mədəniyyət İnstitutları İttifaqı tərəfindən təşkil olunur.