Bakının Nəsimi rayonunda 28 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən İsmət Qədirovun cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 29 aprel tarixində Pravda.az məlumat verib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatına verilib. Hazırlıq iclası mayın 10-na təyin edilib.
Hadisə ötən il dekabrın 16-da baş verib. Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində bərbər işləyən 28 yaşlı İsmət Qədirov münaqişə zəminində onunla eyni yaşda olan İlkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirməklə onu qətlə yetirib.