Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Bu haqda BakuPlus.az bu gün, 19 iyul tarixində xəbər verir.
Cəlil Məmmədquluzadə küçəsində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının qarşısından Həsən Əliyevə qədər hər iki istiqamətdə və Həsən Əliyevdən Hənifə Ələsgərova küçəsinə qədər olan hissəsində yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.