Nəsimi rayonu ərazisində yerləşən, şərti adı B-04 olan yeni metro stansiyasının gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır. Stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Kassa və vestibül üst mərtəbədə, texniki otaqlar isə üçüncü mərtəbədə yerləşəcək. Burada, həmçinin xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.
İkinci mərtəbədə keçid tikiləcək. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.
Stansiya platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.
[caption id="attachment_96799" align="alignnone" width="640"]
Foto Xəzər Xəbərin rəsmi Youtube kanalı[/caption]