Paytaxt ərazisində yerləşən ticarət və ictimai iaşə obyektlərində reyd keçirilib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 1 ticarət və 3 ictimai iaşə obyektində qanun pozuntuları aşkarlanıb. Onların adları və yerləşdikləri ərazilər aşağıdakı kimidir:
Ticarət obyektləri:
- "Neptun" marketi - Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 998.
İctimai iaşə obyektləri:
- "Sultan" şadlıq sarayı - Nizami rayonu, B.Çobanzadə küçəsi, 2403-cü məhəllə;
- "Ağ Saray" şadlıq evi - Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 30K;
- "Saraclı" kafesi - Nəsimi rayonu, Cavad Xan küçəsi, ev 76.
Adıçəkilən obyektlərdə müvafiq sənəd olmadan ət məhsullarının satışı və işçilərin tibbi müayinədən keçməməsi faktları aşkar olunub. Bununla bağlı rəhbərliklər məsuliyyətə cəlb olunublar.