AQTA paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir. Bu haqda 29 sentyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 9 obyektdə işçilərin tibbi müayinədən keçməməsi aşkarlanıb. Həmin obyektlər və onların yerləşdiyi ərazilər aşağıdakılardır:
- Xətai rayonu - "Happy" market;
- Binəqədi rayonu - "Elisa" market;
- Binəqədi rayonu - "Rübail" market;
- Xətai rayonu - "Kamil" market;
- Xətai rayonu - "Otdıx" restoranı;
- Suraxanı rayonu - "Xram" çay evi;
- Suraxanı rayonu - "Faxralı" kafesi;
- Səbail rayonu - "Pizza İnn" kafesi;
- Səbail rayonu - "Passage 145" kafesi.
Qeyd olunan obyekt sahibləri məsuliyyətə cəlb olunublar və onlara nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.