Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 76 ünvanında yerləşən yaşayış binası sökülür. Bu haqda bu gün, 12 yanvar tarixində Fed.az məlumat verib.
Binada yaşayan sakinlərlə müqavilə imzalanıb, onların köçürülməsinə başlanılıb. Tikinti işləri aparılan müddətdə şirkət tərəfindən vətəndaşların kirayəhaqqı ödəniləcək. Yeni tikiləcək hündürmərtəbəli binada onlara sahəsi indikindən 20 faiz böyük olan mənzil veriləcək.
Həmin ərazidə 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulb. İki bina artıq sökülüb.