Bakıda dilənçilərə təpik vuran polislər işdən çıxarılıblar. Bu haqda 6 oktyabr tarixində Report məlumat verib.
Sosial şəbəkələrdə paytaxtın mərkəzində, “Torqovaya”da dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılmışdır:
“Həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar edilməsinə, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər. Dünən yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət, sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad edilib. Hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq, müvafiq qərar qəbul ediləcək", - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.