Bakıda növbəti DOST mərkəzi fəaliyyətə başlayacaq. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
5 saylı DOST Mərkəzi Xətai rayonunda yerləşəcək. Müəssisənin açılışı noyabr ayının sonuna nəzərdə tutulsa da, bəzi səbəblərdən dekabr ayına ertələnib və yaxın zamanlarda dəqiq tarix bəlli olacaq.
Həmçinin DOST Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədov bildirib ki, DOST modelinin tətbiqi üçün Rumıniya, Moldova, Qazaxıstan, Özbəkistan, Serbiya və Gürcüstan kimi ölkələr maraq göstərir və mərkəzlərin fəaliyyəti ilə yaxından tanış olur.