Bu gün, 7 dekabr, saat 08:16 radələrində Bakıda güclü zəlzələ baş verib. Bu haqda Bakuplus.az Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadən məlumat verir.
Yeraltı təkanlar 5,6 maqnitudada olub, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Bakı ilə yanaşı, zəlzələ bir sıra digər şəhərlərdə də hiss olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yeraltı təkanlar nəticəsində hər hansı dağıntı və ya xəsarət qeydə alınmayıb.
Bakı metrosu qrafiklə işləyir, zəlzələ qatarların fəaliyyətinə təsir etməyib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib ki, qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/12/sequence-01_12.mp4"][/video]