Azərbaycanda çərşənbə axşamı, oktyabrın 25-də iki saat yarım ərzində günəş tutulması müşahidə olunacaq. Bu haqda Bakuplus.az bu gün, 10 oktyabr tarixində Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından verilən məlumata istinadən məlumat verir.
Təbiət hadisəsi Azərbaycanda 13:59:38-dən 16:30:05-dək müşahidə oluna bilər, saat 15:17:43-ə isə tutulma maksimuma çatacaq.
Tutulmanı seyr edərkən günəş eynəyindən istifadə etmək tövsiyə olunur.