Nərimanov Rayon Məhkəməsinin iclasında təqsirləndirilən şəxs Yusif Mürsəllinin cinayət işi üzrə hökm oxunub. Bu haqda bu gün, 10 noyabr tarixində Qafqazinfo məlumat verib.
Hökmə əsasən, məhkəmə onun əməllərində cinayət tərkibinin olmadığı qənaətinə gəlib və ona bəraət verib. Məlumatı Mürsəllinin vəkili Əli Hüseynov təsdiqləyib.
Hadisə bu il martın 14-də baş verib. Mürsəlli “Mazda CX5” markalı avtomobillə “Gənclik” avtodayanacağının qarşısında hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 22 yaşlı Nəzrin Rüstəmovanı vurub. Zərərçəkmiş 10 gün sonra xəstəxanada dünyasını dəyişib.
Sürücü Cinayət Məcəlləsinin “Yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə təqsirli bilinib.