Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirəsinə abidə ucaldılacaq. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Görkəmli Azərbaycan memarlarının abidələrinin Səbail rayonu, Neftçilər prospekti ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, Bakı Funikulyoru ilə üzbəüz yaşayış binasının yaxınlığındakı parkda qoyulması nəzərdə tutulur.