Dünən səhər saatlarından başlanan güclü külək Bakının müxtəlif ünvanlarında fəsadlar törədib. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Belə ki, Murad Mirzəyev, Abbas Mirzə Şərifzadə və Cəfər Cabbarlı küçələrində ağaclar qırılaraq yolun hərəkət hissəsini kəsib.
Gediş-gəlişə maneələr törədən ağaclar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən doğranaraq daşınıb, yol təmizlənib, hərəkət bərpa olunub.
[caption id="attachment_68409" align="alignnone" width="1024"]
Foto Apa.az saytı[/caption]