Paytaxtın Xətai rayonunda intihar edən 16 yaşlı qız barədə yeni məlumatlar bəlli olub. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Sofiya Juravlyova 8 saylı tam orta məktəbin 10-cu sinif şagirdi olub. Müəllimlərin sözlərinə görə, o, təhsildə yaxşı və ya pis mənada seçilən şagird olmayıb. Onun psixoloji problemləri olduğu bildirilir. İntiharın dəqiq səbəbi hələlik məlum deyil.
Daha öncə, ötən gün 16 yaşlı qızın özünü hündürmərtəbəli binadan atması barədə məlumat verilmişdir.